AZ

Sabah sulu qar və qar yağacaq

Azərbaycanda fevralın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı proqnozlaşdırılır. Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 1-5 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Seçilən
6
49
azerbaijan-news.az

10Mənbələr