AZ

Nigar Əkbərova yüksək vəzifəyə təyin EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.

Milli.Az Valyuta.az-a istinadla xəbər verir ki, Nigar Əkbərovaya mərkəzin İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamentinin direktoru vəzifəsi həvalə olunub.

 

Nigar

N.Əkbərova bu vəzifəsinə qədər, 2025-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan "DOST İş Mərkəzi" MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Bundan başqa o, 2024-cü ildən 2025-ci ilə qədər İcbari Sığorta Bürosunda çalışıb.

Milli.Az

Seçilən
18
11
milli.az

10Mənbələr