AZ

Abiy Əhməd Əli Bakıda: Masada hansı mövzular var?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, ölkələrimiz arasında münasibətlərin intensivləşdirilməsi məqsədilə yüksək səviyyəli görüşlər keçirəcək”.

Bu sözləri Globalinfo.az-a deputat Vüqar İsgəndərov deyib.

Deputat bildirib ki, səfərin əsas məqsədi iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirmək, müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparmaqdır:

“Fikrimcə, burada siyasi və diplomatik münasibətlərin müzakirəsi, qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da möhkəmləndirilməsi əsas mövzulardan olacaq. Eyni zamanda iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət, investisiya və infrastruktur sahələrində yeni imkanların araşdırılması gözlənilir.

Həm regional, həm də qlobal məsələlərin müzakirəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu səfər mühüm əhəmiyyət daşıyır.

Vüqar İskəndərov

Səfər çərçivəsində mədəni, humanitar və digər sahələrdə də müzakirələrin aparılması nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycan ilə Efiopiya arasında münasibətlər inkişaf mərhələsindədir. Diplomatik əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir.

İqtisadi əməkdaşlıq istiqamətində tərəflər investisiya və ticarət əlaqələrinin artırılmasında maraqlıdır. Burada həmçinin strateji və qlobal maraqlar da mövcuddur. Ölkəmiz hazırda Cənubi Qafqazın lider dövlətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı və beynəlxalq nüfuzu qlobal miqyasda artıb. Bu da bir çox ölkələrin diqqətini cəlb edir.

Efiopiya isə Afrikada mühüm mövqeyə malik dövlətdir. Ölkələrimiz arasında siyasi, iqtisadi və mənəvi münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu səfər əlaqələrdə yeni mərhələnin başlanğıcı ola bilər. Keçirilən görüşlər və aparılacaq müzakirələr bir çox məsələlərə aydınlıq gətirəcək”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
globalinfo.az

1Mənbələr