AZ

Daha bir güləşçimiz Albaniyada keçirilən turnirdə medal qazandı

Azərbaycanın daha bir sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində medal qazanıb.

Sportal.az xəbər verir ki, 79 kq çəki dərəcəsində yarışan Cəbrayıl Hacıyev bürünc mükafat əldə edib.

O, medal görüşündə hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, daha əvvəl Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc medala sahib çıxıblar.

Turnir martın 1-də yekunlaşacaq.

saytlarin hazirlanmasi

Seçilən
15
2
sportal.az

10Mənbələr