AZ

Emin Əmrullayev bu məktəbdə şagirdlərlə fikir mübadiləsi apardı - FOTO

Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, təhsil müəssisəsi 2021-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilib, hazırda 3008 şagirdin təhsil aldığı məktəbdə 135 nəfər pedaqoji, 39 nəfər isə texniki işçi çalışır.

Sinif otaqlarına baxış zamanı nazir STEAM və “Rəqəmsal bacarıqlar” layihələrinin tədris prosesi ilə yaxından maraqlanıb, dərslərin təşkilini izləyib və şagirdlərlə fikir mübadiləsi aparıb. Şagirdlərin təqdim etdikləri layihə və praktiki işlərlə tanış olan nazir sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində elm və təhsil naziri təhsil müəssisəsində yaradılmış, imtahanların təşkili üçün nəzərdə tutulan MİQ mərkəzinə də baxış keçirib. Nazir həmçinin məktəbin kitabxanasındakı mövcud şəraitlə tanış olub, şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması və oxu mədəniyyətinin təşviqinin təhsil prosesinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, məktəblə tanışlıq zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da iştirak ediblər.

222222222222
Seçilən
1
11
redaktor.az

10Mənbələr