ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 27 fevral, AZƏRTAC
2022-ci ildən bəri ölkəni tərk edən və geri qayıtmayan Ukrayna vətəndaşlarının sayı 5,6 milyona çatıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın İqtisadi Strategiya Mərkəzi məlumatına görə, 2025-ci ildə ölkəni tərk edənlərin sayında 34 faiz azalma olub. Ukraynanı tərk edən 5,6 milyon qaçqından 4 milyonu Qərb ölkələrinə sığınıb. Hazırda onların 23 faizi Almaniyada, 19,5 faizi isə Polşada yaşayır.
Qeyd edək ki, 1991-ci ildə müstəqillik qazandıqdan bəri Ukrayna ciddi demoqrafik problemlərlə üzləşib. Rusiyanın təcavüzü isə bu vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, müharibənin başladığı 2022-ci ilin fevral ayından bəri ölkə əhalisi daha 8 milyon nəfər azalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.