AZ

Artıq Fevral da çıxır Bakıya nə vaxt qar yağacaq? KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Paytaxt sakinlərini hər qış düşündürən əsas suallardan biri yenidən aktuallaşıb. Bakıda qar yağacaqmı, yoxsa hava yenə yağış və küləklə kifayətlənəcək? Son günlər atmosfer proseslərində müşahidə olunan dəyişikliklər, temperatur göstəricilərinin nisbətən enməsi və yağıntı ehtimalının artması bu mövzunu yenidən gündəmə gətirib. Bəs hazırkı meteoroloji şərait paytaxtda qar üçün doğrudan da uyğun hesab oluna bilərmi?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Bakıda hazırkı atmosfer şəraiti qar yağması üçün əlverişli deyil.

“Hazırkı və gözlənilən göstəricilər yağıntının yalnız yağış şəklində olacağını göstərir. Belə ki, hazırda Bakıda havanın temperaturu 7°C təşkil edir (hiss edilən temperatur 3°C). Bu gün üçün proqnozlaşdırılan yağıntı növü yalnız yağışdır”.

Ekspert qeyd edir ki, gündüz yağıntı ehtimalı 10%, gecə isə 45% (zəif yağış) olaraq qiymətləndirilir.

“Şimal-şərq istiqamətli mülayim külək üstünluk təşkil edir, nisbi rütubət isə 77%-dir.

Fevral ayının sonu və martın ilk günlərində bəzi saatlarda zəif qar ehtimalı olsa da, bu, ciddi qar örtüyü yaradacaq səviyyədə deyil”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
konkret.az

2Mənbələr