
Zaur Nəbioğlunun aparıcılığı ilə ATV-də yayımlanan “Rəngarəng” proqramının yayımının dayandırılması ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün telekanalın Mətbuat xidməti ilə əlaqə saxlayıb. Cavab olaraq bildirilib ki, yayılan xəbər doğru deyil, veriliş bağlanmayıb.
Qeyd edək ki, bu gün ATV-də proqramın təkrar buraxılışlarından biri yayımlanıb. Bu da sosial şəbəkələrdə verilişin fəaliyyətini dayandırması ilə bağlı şayiələrin yaranmasına səbəb olub.
Xatırladaq ki, bir müddət əvvəl Tarix Əliyevin (Tolik) Space TV-də yayımlanan “Tarixin bir günü” verilişi bağlanıb. “Rəngarəng” proqramı isə öz yayımını ştat rejimində davam etdirir.