AZ

“Ayıbdır...“ Nazir Paşinyanın xanımından boşanması ilə bağlı suala cavab vermədi...

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Ayıbdır, məndən belə bir sual soruşacağını gözləmirdim."

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu gün jurnalistlərə Baş nazir Nikol Paşinyan və Anna Akopyanın boşanması ilə bağlı ona ünvanlanan suala cavab olaraq bildirib.

“Əziz həmkarlar, mən bu cür suallara cavab verə bilmərəm.”

"Məlumat üçün bildirim ki, mən İqtisadiyyat naziri və Vətəndaş Sazişi Partiyası idarə heyətinin sədr müaviniyəm. Əgər hər hansı bir şəxslə bağlı şəxsi məsələləri müzakirə etmək lazımdırsa, onda mən getməliyəm", - deyə o, qeyd edib.

Xatırladılır ki, Anna Akopyan özünün Facebook səhifəsində Baş nazir Nikol Paşinyanla evliliyinin sona çatdığını elan edib. O, bu gün hökumət malikanəsini tərk edərək kirayə mənzilə köçdüyünü qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
moderator.az

2Mənbələr