ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bir sıra mesajları ilə diqqət çəkib.
O bildirib ki, Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin.
O cümlədən İlham Əlieyev deyib:
“Memorialın azad Xocalıda ucaldılması xüsusi siyasi məna daşıyır”
Prezident İlham Əliyevin çıxışları ictimai-siyasi şəxslər arasında da müzakirə olunur, şərhlər verilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Adəm İsmayıl Bakuvi deyib:
” “Bu çıxış – siyasi strategiyanın ifadəsi idi” Memorial Soyqırımı Kompleksinin məhz Xocalıda açılması təsadüfi qərar deyil, bu, tarixi ədalətə söykənən siyasi mövqenin nəticəsidir”.
Onun sözlərinə görə, Prezidentin Xocalıdakı çıxışı təkcə xatirə və duyğu çərçivəsində deyil, uzun illər düşünülmüş və həyata keçirilmiş siyasi strategiyanın ifadəsi kimi təqdim olundu.
O qeyd edir ki, çıxışda bildirildiyi kimi, kompleksin layihəsi illər əvvəl hazır idi, hətta Bakıda yer də seçilmişdi və yalnız son qərar gözlənilirdi. Ancaq Prezident hər dəfə bu qərarı verməkdən onu nəyinsə saxladığını deyir.
Partiya sədrinin fikrincə, burada məsələ tikintinin gecikdirilməsi deyil, prinsipial mövqedir. Memorialın Bakıda deyil, azad olunmuş Xocalıda ucaldılması xüsusi siyasi məna daşıyır. Yəni yaddaş işğal şəraitində deyil, azad torpaqda əbədiləşdirilməli idi.
Adəm İsmayıl Bakuvi hesab edir ki, Prezidentin “ədalətin təntənəsi” ifadəsi çıxışın əsas məqamlarından biridir. Bu sözlərlə dövlət başçısı göstərir ki, ədalət sadəcə beynəlxalq tribunalar qarşısında səsləndirilən tələb deyil. Ədalət torpağın azad olunması, dövlət suverenliyinin bərpası və memorialın məhz həmin torpaqda inşa olunması ilə təmin edilir. Prezidentin “biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq” fikri isə yaddaşın dövlət siyasətindəki yerini göstərir. Burada söhbət yalnız keçmişi xatırlamaqdan getmir. Bu, gələcək təhlükələrə qarşı ayıq olmaq çağırışıdır. “Həmişə güclü olmalıyıq” və “düşmən bizdən qorxmalıdır” mesajları isə təhlükəsizlik siyasətinin açıq ifadəsidir. Prezident bildirir ki, bu gün Azərbaycanın sülh içində yaşamasının əsas səbəbi onun güclü dövlət olmasıdır. Partiya sədri qeyd edir ki, memorialın açılışında Xocalı sakinlərinin iştirakı da mühüm məna daşıyır. Öz doğmalarını və torpaqlarını itirmiş insanların 30 il ərzində inamını qoruyub saxlaması dövlətə və Orduya güvənin göstəricisidir. Prezidentin də vurğuladığı kimi, onları ayaqda saxlayan ədalətə və dövlətə inam olub.
Adəm İsmayıl Bakuvi çıxışın ən sərt hissələrindən birinin “Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil” fikri olduğunu bildirir:
“Bu, həm müqayisə, həm də xəbərdarlıqdır. Prezident açıq şəkildə mesaj verir ki, bu gün Azərbaycan güclü və özünü müdafiə etməyə qadir dövlətdir. “Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır” fikri isə qələbənin miqyasını göstərir”.
Sonda partiya sədri vurğulayır ki, Prezidentin çıxışı Xocalı Memorialının yalnız anım yeri olmadığını, dövlətin gücünün, siyasi iradəsinin və tarixi yaddaşının rəmzi olduğunu göstərir. Prezidentin mesajı aydındır – Azərbaycan işğalla barışmadı, təzyiqlər qarşısında geri çəkilmədi və ədaləti gözləmədi. Ədalət təmin olundu və bununla yeni mərhələ başlandı.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.