AZ

Bu halda əməkdaş işdən çıxarıla bilər

Azərbaycanda bəzi hallarda işçilər yol verdikləri pozuntuya görə işdən azad edilir və sonradan əvvəlki vəzifələrinə bərpa olunmaqda çətinlik yaşayırlar.

Far.Az-in məlumatına görə, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işəgötürən, işçinin əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi halda əmək müqaviləsinə xitam verə bilər.

Qanunvericiliyə görə, bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən işçinin konkret pozuntularını rəsmi sənədlərlə təsdiqləməlidir. Yəni işdən azad etmə prosesi hüquqi cəhətdən əsaslandırılmalı və sübutlara söykənməlidir.

Əmək müfəttişliyi orqanlarının məlumatına əsasən, 2025-ci il ərzində təkcə 70-ci maddənin "ç" bəndi ilə 3 479 nəfər işdən çıxarılıb.

Əmək məsələləri üzrə mütəxəssislər bildirirlər ki, bu maddə ilə işdən azad edilən şəxsin məhkəməyə müraciət edərək əvvəlki iş yerinə bərpa olunmaq hüququ var. Əgər məhkəmə işdən çıxarılmanı əsassız hesab edərsə, işçi əvvəlki vəzifəsinə qaytarıla və məcburi işburaxma müddəti üçün əməkhaqqı ala bilər.

Qeyd edək ki, vətəndaşın başqa iş yerinə müraciət edərkən əvvəlki işdən 70-ci maddənin "ç" bəndi ilə çıxarılması səbəbilə işə qəbuldan imtina olunması qanunvericiliyə ziddir. Mövcud qaydalar işçinin digər iş yerlərinə müraciət etməsinə heç bir məhdudiyyət qoymur və bu əsasla ayrı-seçkilik yolverilməzdir.

Mütəxəssislər vurğulayırlar ki, əsas məsələ vətəndaşların öz əmək hüquqlarını bilməsi və zərurət yarandıqda onları hüquqi müstəvidə müdafiə etməsidir.

Seçilən
1
1
far.az

2Mənbələr