AZ

Məşhur müğənni Edis aeroportda saxlanıldı

Məşhur müğənni Edis aeroportda saxlanıldı

İstanbul Prokurorluğu tərəfindən məşhur simalara qarşı həyata keçirilən cinayət işi çərçivəsində daha bir tanınmış sənətçi nəzarətə alınıb.

Türkiyə mediasına istinadən yayılan məlumata görə, müğənni Edis Görgülü xarici səfərdən qayıdarkən İstanbul hava limanında saxlanılıb.

İfaçı narkotik vasitələrin dövriyyəsi və ticarəti, daşınması, istintaq tədbirlərinə mane olma və fahişəliyə sövqetmə kimi ağır əməllərdə şübhəli bilinir. Saxlanılan sənətçidən artıq ekspertiza üçün lazımi nümunələr götürülüb və o, müvafiq polis bölməsinə təhvil verilib.

Xatırladaq ki, Türkiyədə ötən ildən bəri davam edən narkotik əməliyyatları zamanı Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım və bir çox digər ulduzlar da saxlanılmış, lakin dindirildikdən sonra sərbəst buraxılmışdılar.

Seçilən
15
afn.az

1Mənbələr