AZ

TDT-nin qeyri-rəsmi Zirvə toplantısının tarixi bəlli olub

"May ayında Türk Dövlətləri Başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Türk Dövlətləri Təşkilatından bildirilib.

Qeyd edilib ki, qeyri-rəsmi Zirvə Görüşü Qazaxıstanın Türkistan şəhərində təşkil ediləcək.

Həmçinin may ayında keçiriləcək qeyri-rəsmi Zirvə Görüşündə Birinci Türkoloji Qurultayın 100-cü ildönümünün anma toplantısı olacaq.

Seçilən
1
4
herbiand.az

8Mənbələr