AZ

“Adaptiv cüdo” proqramı davam edirVİDEO

2024-cü ilin iyul ayından etibarən Azərbaycan Cüdo Federasiyasının “Adaptiv cüdo” proqramı davam edir.

Xezerxeber.az xəbər verir ki, proqramın əsas məqsədi daun sindromu, autizm spektr pozuntusu olan və xüsusi qayğıya ehtiyacı olan uşaqların adaptiv cüdo məşğələləri vasitəsilə sosial inteqrasiyasını təşviq etmək, özünəinamını artırmaqdır. Cüdonun əsas dəyərləri aşılanmaqla proqram həm fiziki aktivliyin, həm də psixoloji rifahın güclənməsinə töhfə verir.

Hazırda cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində keçirilən dərslərə daun sindromlu və autizmli yeniyetmələr də daxil olmaqla 25 iştirakçı cəlb olunub.

Bu sahədə ixtisaslaşmanın gücləndirilməsi məqsədilə məşqçilərin adaptiv cüdo üzrə seminar və təlim-məşq toplanışlarında iştirakı təmin edilib. Peşəkar bilik və bacarıqların artırılması üçün onlar Niderland və Xorvatiyada təşkil olunan məşqçilik seminarlarında, eləcə də adaptiv cüdo turnirlərində iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası adaptiv cüdonu inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib və növbəti mərhələdə proqram iştirakçılarının, həmçinin bu sahə üzrə ixtisaslaşmış məşqçilərin sayının artırılmasını planlaşdırır.

Seçilən
1
1
xezerxeber.az

2Mənbələr