Taliban kişilərə arvadlarını döyməyə icazə verir: Tək şərt sümük sınmasın
7News.az xəbər verir ki, Əfqanıstanda Taliban rejimi kişilərə arvadlarını sümüklərini sındırmamaq şərti ilə döyməyə icazə verən qanun qəbul edib. Taliban lideri Hibətullah Axundzadənin imzaladığı və məhkəmələrə payladığı 60 səhifəlik cinayət məcəlləsinə görə, arvadın döyülməsi cinayət sayılmır. Ər arvadını və uşağını sümüyü qırılana və ya açıq yaralanana qədər döyə bilər. Ağır xəsarətin sübut edildiyi hallarda maksimum cəza 15 gün həbsdir.