AZ

İran ordusundan ABŞ-yə sərt xəbərdarlıq: "Hər hansı səhv addım bölgəni alışdıracaq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şikarçi ABŞ Prezidenti Donald Trampın son bəyanatlarını kəskin tənqid edərək, onları "əsassız, lovğa və xəyali" adlandırıb. General vurğulayıb ki, Vaşinqton tərəfindən atılacaq hər hansı təxribat xarakterli addım İranın qətiyyətli və sarsıdıcı cavabı ilə qarşılanacaq.

General bildirib ki, İranın güclü silahlı qüvvələri həm müdafiə, həm də hücum potensialına arxalanaraq, ABŞ hərbçilərinin və "Sionist rejimin" bölgədəki bütün hərəkətlərini tam hazırlıq vəziyyətində yaxından izləyir. ABŞ ordusunun regiondakı mövcudluğu "psixoloji müharibə, şantaj və zorakılıq" cəhdi kimi qiymətləndirilib. ABŞ ordusu və ya ona bağlı "terror qruplaşmaları" tərəfindən törədiləcək istənilən təxribatın qarşılığı sarsıdıcı zərbələrlə veriləcək.

"Biz sübut etdik ki, müharibə tərəfdarı deyilik, lakin müharibədən də qorxmuruq. Ölkəmizi və xalqımızın maraqlarını qüdrətlə müdafiə edəcəyik," - deyə general qeyd edib.

Sonda birbaşa ABŞ hökumətinə müraciət edən Şikarçi xəbərdarlıq edib ki, istənilən ehtiyatsız addım bütün bölgədə genişmiqyaslı yanğın başladacaq və tarixdə görünməmiş bir cavabla nəticələnəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr