AZ

Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib 

Cəbrayıl rayonunun Horovlu kəndinə köçən daha 40 ailəyə mənzillərinin açarları təqdim olunub...

APA-nın bölgə müxbiri xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə ümumilikdə 196 nəfər köçürülüb.

***

Bu gün doğma yurduna yola salınan növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

Poliqon "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 196 nəfərdən ibarət 40 ailə qayıdıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Poliqon.info

Seçilən
35
4
poliqon.info

5Mənbələr