AZ

Prezident aylar sonra geri döndü, vəd verdi, tələb etdi

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»da toplantı keçirib.

Aylar sonra klubla yenidən ciddi surətdə maraqlanmağa başlayan NFF-nın birinci şəxsi futbolçu və məşqçi heyəti ilə görüşüb.

Yığıncaqda Premyer Liqanın gedişatı və nəticələr haqda söhbət açılıb.

İş adamı komandanın oyunundan razı qalmasa da, yeni baş məşqçi Andrey Demçenkoya dəstəyini ifadə edib.

Ukraynalı mütəxəssisi bura təsadüfən gətirmədiklərini deyib, əlavə eləyib ki, «Araz» keçənilki uğuru təkrarlamalıdır.

«Ağ-qırmızılar»dan avrokuboklara vəsiqə istəyən Axundov vurğulayıb ki, məqsədlər dəyişməyib, o, həmişə olduğu kimi yenə klubun arxasındadır.

Patron hamını əmin edib ki, mövsüm başa çatana qədər maddi cəhətdən heç bir problemlə üzləşməyəcəklər, bütün öhdəliklər vaxtında yerinə yetiriləcək.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr