AZ

Vakansiya: Stomatoloq köməkçisi axtarılır - Maaş 800 AZN

Bakı şəhərində fəaliyyət göstərən VA Dent stomatoloji klinikası stomatoloqa assistent vəzifəsi üzrə vakansiya elan edib.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir. 

Klinika məsuliyyətli, diqqətli və stomatologiya sahəsində inkişaf etmək istəyən namizədləri komandasına qoşulmağa dəvət edir.

Müasir avadanlıqlarla təchiz olunmuş klinika rəsmi işə qəbul, rahat iş şəraiti və 09:00–19:00 (6/1) iş qrafiki təklif edir. Vəzifə üzrə aylıq əməkhaqqı 650–800 AZN təşkil edir.

İş yeri Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında, Çıraq Plazanın yaxınlığında yerləşir. Vakansiya ilə maraqlanan namizədlər müraciət edə bilərlər.

E-saglam.az 

Seçilən
14
e-saglam.az

1Mənbələr