Azərbaycan dili üzrə Böyük Dil Modeli yaradılacaq.
News365.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.
Sənəddə qeyd olunub ki, təbii Dil Emalı texnologiyalarının tətbiqi və Azərbaycan dili üzrə Böyük Dil Modelinin yaradılması, dövlət xidmətlərində Sİ əsaslı interaktiv virtual köməkçilərin tətbiqi ilə xidmətlərin fasiləsiz rejimdə əlçatanlığının təmin ediləcək.
Vurğulanır ki, Azərbaycan dili üzrə Böyük Dil Modelinin yaradılması üçün texniki yol xəritəsi hazırlanacaq və azı 5 dövlət orqanında (qurumunda) data əsaslı həllərin pilot olaraq tətbiq edilməsi, Azərbaycan dili üzrə Böyük Dil Modelinin istifadəyə verilməsi; Sİ əsaslı virtual köməkçilər vasitəsilə fasiləsiz göstərilən dövlət xidmətlərinin payının 40 faizə çatdırılması təmin olunacaq.