AZ

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedur sadələşdirildi

Bakı.Trend:

Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlartərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstəriləntorpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapantorpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradanqaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.

Trend xəbərverir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumatyayıb.

14 iyul 2025-ci il tarixində “Daşınmaz əmlakın dövlət reyestrihaqqında” Qanuna və 9 fevral 2026-cı il tarixində NazirlərKabinetinin 5 oktyabr 2015-ci il tarixli Qərarına edilmişdəyişikliklərə əsasən, qeydiyyat orqanı tərəfindən belə fərqləraşkar olunduğu təqdirdə, qeydiyyat orqanı 15 iş günü müddətindəyerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Bundansonra torpaqayırma qərarları, kadastr xəritələri və digərhüquqi-texniki xarakterli sənədlər yoxlanılır, uyğunsuzluğunyaranma mənbəyi və məlumatların düzgünlüyü aydınlaşdırılır.

Vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdə göstərilənkateqoriya ilə bağlı məlumatların doğruluğu təsdiq edildikdə,daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır vədövlət torpaq kadastrında müvafiq düzəlişlər olunur. Əks haldahüquqların qeydiyyata alınmasından imtina edilir.

Bu prosedur vətəndaşların hüquqlarının daha səmərəli şəkildəhəyata keçirilməsinə, daşınmaz əmlakın dövlət reyestrində vəkadastrındakı məlumatların dəqiqləşdirilməsinə imkan verir.

Seçilən
16
1
az.trend.az

2Mənbələr