AZ

"Qarabağ"ı mübarizədən kənarlaşdırdı, "Barselona"ya rəqib oldu - ÇL-də PÜŞK

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə 1/8 final cütlükləri müəyyənləşib

Türkiyə təmsilçisi "Qalatasaray" "Liverpul"a rəqib olub.

"Qarabağ"ı "pley-off"da mübarizədən kənarlaşdıran "Nyukasl"isə 1/4 final uğrunda "Barselona" ilə mübarizə aparacaq.

1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.

1/8 final cütlükləri

"Bayer” (ALmaniya) - "Arsenal" (İngiltərə)

“Qalatasaray” (Türkiyə) - “Liverpul” (İngiltərə)

PSJ (Fransa) - “Çelsi” (İngiltərə)

"Bodo-Qlimt” (Norveç) - “Sportinq” (Portuqaliya)

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

“Nyukasl" (İngiltərə) -“Barselona” (İspaniya)

“Atletiko”(İspaniya) -"Tottenhem” (İngiltərə)

“Atalanta” (İtaliya) - "Bavariya” (Almaniya)

Seçilən
2
sportinfo.az

1Mənbələr