AZ

Azərbaycanda məşhur xəstəxanada ƏMƏLİYYAT - Vəzifəli şəxs SAXLANILDI

Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Azia.az  "Unikal"a istinadla xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov barəsindəki korrupsiya iddialarına görə saxlanılıb. Daha sonra o, sərbəst buraxılıb.

 

Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.

 

Onu da qeyd edək ki, 1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.


Seçilən
0
20
azia.az

10Mənbələr