AZ

İsrail vasitəçiləri ələ salır

İsrailin Qəzza zolağında atəşkəsi pozaraq davam etdirdiyi hücumlar vasitəçilərin səylərini ələ salmaq və Sülh Komitəsinin rolunu görməzdən gəlməkdir.

Publika.az xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Hazem Qassem yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Qəzza zolağında davam edən İsrail hücumları nəticəsində fələstinlilər həyatını itirməyə davam edirlər.

Qassem vurğulayıb ki, qarant ölkələrin atəşkəslə bağlı açıqlamalarının heç bir konkret təsiri yoxdur və İsrail Fələstin xalqına qarşı soyqırım aparmağa davam edir, sadəcə metodlar dəyişib.

Seçilən
10
publika.az

1Mənbələr