AZ

Türkiyədə ağır qəza Azərbaycan vətəndaşı öldü

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə Azərbaycan vətəndaşı ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, qəza Sivasın Yıldızeli rayonunda baş verib. 

Belə ki, Sivas-Tokat avtomobil yolunun Çamlıbel aşırımında Azərbaycan vətəndaşı Elməddin Qurbanovun idarə etdiyi yük avtomobili Tokat istiqamətində hərəkət edən Davut Kayalının idarə etdiyi digər yük avtomobili ilə toqquşub. Qəza zamanı E.Qurbanov hadisə yerində keçinib. Onun cəsədi aidiyyətı üzrə təhvil verilib. 

Digər nəqliyyat vasitəsində olan sürücü və sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı istintaq aparılır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
qafqazinfo.az

4Mənbələr