Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bp arasında Xəzərhövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişiimzalanıb.
Trend bubarədə SOCAR-a istinadən xəbər verir.
Sazişə əsasən, şirkətlər müxtəlif dövrlərdə toplanmış mövcudseysmik məlumatların uyğunlaşdırılması və birləşdirilməsi yolu iləregional psevdo-3D seysmik həcm yaratmaq məqsədilə innovativtexnologiyaların tətbiq olunduğu qabaqcıl seysmik tədqiqat həyatakeçirəcəklər. Bu, Xəzər dənizinin Azərbaycan sektoru üzrə bu növdəilk layihə olacaq.
Yaradılacaq psevdo-3D seysmik həcm ayrı-ayrı 2D seysmikxətlərdən asılılığı azaltmaqla regional geoloji interpretasiyanıəhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bu yanaşma hövzə miqyasında3D xəritələşdirməyə imkan verəcək, kəşfiyyat potensialının dahadərindən anlaşılmasını təmin edəcək və Xəzər hövzəsi üzrə gələcəkkəşfiyyat layihələrində risklərin azaldılmasına töhfəverəcəkdir.
Əməkdaşlıq çərçivəsində SOCAR bp-yə 2D seysmik xətlər, quyuməlumatları və geoloji nümunələr təqdim edəcək. Bunun müqabilindəbp seysmik məlumatların emalını və nümunələrin laborator analizinitəmin edəcək. Psevdo-3D seysmik məlumatlar qabaqcıl texnikiimkanlara və bu texnologiyanın tətbiqində təsdiqlənmiş təcrübəyəmalik podratçı şirkət tərəfindən təqdim olunacaq.