ABŞ Sinaloa kartelinin liderləri barədə məlumata görə 5 milyon dollar mükafat elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, ABŞ hakimiyyəti Sinaloa Cartelin liderləri Rene Arzate-Garcia və Alfonso Arzate-Garcia qardaşlarının həbsinə səbəb olacaq məlumat üçün hər biri 5 milyon dollar məbləğində mükafat təklif edir.
Bildirilib ki, son 15 il ərzində iki qardaş birlikdə geniş qaçaqmalçılıq dəhlizinə nəzarət edərək zorakılıq, böyük təsir imkanları, eləcə də siyasətçilərin və polis əməkdaşlarının rüşvətə cəlb olunması yolu ilə mövqelərini qoruyublar.
Qeyd olunur ki, Arzate-Garcia qardaşları 2014-cü ildə Kaliforniyada narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib və həmin vaxtdan etibarən axtarışdadırlar.
Aminə ŞAHSUVARQIZI