ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lars keçidi də hazırda bağlıdır.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanda Ermənistan sərhədinə aparan yolun Ninotsminda-Bavra keçid məntəqəsi istiqamətindəki bir hissəsi müvəqqəti olaraq bağlıdır.
Gürcüstan Yolları Departamentinin məlumatına görə, qar fırtınası və zəif görünürlük səbəbindən Paravani aşırımından keçən bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır.
Məhdudiyyət Koda-Partskhisi-Manglisi-Tsalka-Ninotsminda milli avtomobil yolunun 94-cü kilometrindən 110-cu kilometrinə qədər olan hissəsinə şamil edilir.
Bundan əlavə, Larsa istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti 26 fevraldan etibarən bağlıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.