AZ

Serbiya Prezidenti Qazaxıstanın ən yüksək mükafatına layiq görüldü

BAKI, 27 fevral. TELEQRAF

Serbiya Prezidenti Aleksandr Vuçiçə Qazaxıstanın ən yüksək mükafatı olan “Qızıl Qartal” ordeni təqdim edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanda Serbiya lideri ilə görüşdən sonra mediaya bildirib.

“Hökumətlərimiz səmərəli işləyir və parlamentlərarası əlaqələr möhkəmlənir. Ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlıq güclənib. Mədəni-humanitar sahələrdə əhəmiyyətli uğurlar qazanmışıq. Beynəlxalq təşkilatlara inteqrasiyamız dərinləşib. Serbiya Prezidentinin buna töhfəsi çox böyükdür. Bunu yüksək qiymətləndiririk. Ona görə də bu gün Zati-aliləri Prezident Aleksandr Vuçiçə Qazaxıstan Respublikasının ən yüksək mükafatı olan “Qızıl Qartal” ordenini təqdim etdim. Bu mükafat Qazaxıstan xalqının sizə və bütün Serbiya xalqına olan xüsusi hörmətinin və səmimi sevgisinin əlamətidir. İnanıram ki, sarsılmaz dostluq və dəstəyə əsaslanan tərəfdaşlığımız gələcəkdə də möhkəmlənəcək”, Kasım-Jomart Tokayev qeyd edib.

Serbiya Prezidenti belə bir mükafata layiq görülməyin böyük şərəf olduğunu bildirib və bunun iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr