Stolüstü tennis üzrə Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək.
90deqiqe.Az xəbər verir ki, Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova "Masader"də, Adil Əhmədzadə ilə Onur Quluzadə isə "Spin Point" klublarından dəvət alıblar.
Sözügedən idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar.
Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq.
Qeyd edək ki, milli komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.