AZ

Ramiz Mehdiyevin həyat yoldaşı 4 gəncin ölümünə görə dindirildi və...

Məlumat verdiyimiz kimi, Binəqədi rayonunda 4 gəncin elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirmələri ilə bağlı “Lake Hotel”in icarədarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Paytaxt.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin hadisə ilə bağlı başqa cinayət işi də ayrılıb.

 

Yeni açılmış cinayət işi gənclərin ölümünə səbəb olan elektrik xəttinin Novxanı qəsəbəsində yerləşən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün çəkilməsi ilə bağlıdır.

 

Qalina Mehdiyevaya məxsus 102 hektarlıq ərazidə müxtəlif istehsal və emal müəssisələri fəaliyyət göstərib.

 

Hazırda faktla bağlı prokurorluqda hərtərəfli istintaq hərəkətləri aparılır. Araşdırmaya “AzərEnerji” ASC də cəlb olunub.

 

Cinayət işi çərçivəsində Mehdiyevlərin də ifadə verdiyi bildirilir.

 

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən 4 ofisiant həyatını itirib.

Seçilən
1
17
paytaxt.org

10Mənbələr