AZ

Deputat: "İşğaldan azad edilmiş ərazilərdə xüsusi turizm kompleksi yaradılmalıdır"

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xüsusi turizm kompleksi yaradılmalıdır.

"Report" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.

"​Qarabağa geri dönən sakinlərin Azərbaycanın dövlət başçısı ilə söhbətində çox maraqlı bir neçə cümlə var, hesab edirəm ölkənin turizm potensialını qeyd etmək üçün bundan gözəl reklam ola bilməz. Həmin insanlar deyirlər ki, 'Biz Qarabağa gələndən sonra indiyə qədər qəbul elədiyimiz dərmanları qəbul etmirik. Dövlət başçısının cavabı isə belə oldu ki, Qarabağın havası elə ən gözəl dərmandır. Odur ki, Qarabağda xüsusi turizm kompleksinin yaradılmasını təklif edirəm", - deyə o qeyd edib.

Seçilən
12
far.az

1Mənbələr