AZ

Bakıda beynəlxalq elmi konfransda "Mahmud Qaşqarlı" paneli keçirilib

Bakıda təşkil olunan "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Mahmud Qaşqarlı" paneli keçirilib.

"Far.Az" xəbər verir ki, tükiyəli dilçi və türkologiya üzrə tədqiqatçı Şükrü Haluk Akalın ilk Türkoloji Qurultaydan indiyədək dil sahəsində müşahidə olunan dəyişikliklər barədə çıxış edib.

O vurğulayıb ki, qurultayda təklif olunan, bütün Türk dillərini əhatə edən, müqayisəli, kollektiv və beynəlxalq əməkdaşlığa əsaslanan ümumi Türk dili etimoloji lüğətinin hazırlanması reallaşmayıb.

Tarix elmləri doktoru Nəsib Nəsibli "Türkoloji Qurultayın kültür savaşında yeri" mövzusunda məruzə ilə çıxış edib.

Onun sözlərinə görə, ilk qurultayda əlifba ilə bağlı qəbul edilən qərarla bağlı ortaya bəzi suallar çıxsa da, onlara cavab tapılmadı:

"100 il öncə qurultayda çar rejiminin və köhnə siyasi sistemin dəyişdirilməsi məsələsi çox ağır, həssas bir məsələ idi və bu məsələyə ehtiyatla yanaşılırdı. O dövrdə sovetlərdə hələ totalitar rejim tam formalaşmamışdı. Buna görə də səs verənlərin bəziləri açıq şəkildə bunu etsələr də, çox hissəsi belə etmirdi. Müzakirəyə səbəb olan bir məsələ də əlifbanın dəyişdirilməsi idi. Bu məsələdə qaranlıq qalan bir məqam var idi - əgər əlifbanın dəyişdirilməsi yaxşıdırsa, niyə Rusiyanın əlifbası bugünə qədər dəyişmirdi?".

Yıldız Texniki Universitetinin türk dili və ədəbiyyatının professoru Ayşe Melek Özyetgin çıxışında 1926-cı ildə baş tutan Türkoloji Qurultayda türkologiyaya yanaşmadan bəhs edib.

Onun sözlərinə görə, toplantıda müzakirələr yalnız təkcə türk dövlətlərinin coğrafiyası ilə məhdudlaşmamalıdır:

"Çin, ərəb və İran xalqları barədə də məlumatlı olmaq önəmlidir. Müzakirələr türk dövlətləri ilə əlaqəsi olan digər ölkələri də əhatə etməlidir".

Gülər Seymurqızı

Sevil Seymur

Seçilən
13
far.az

1Mənbələr