AZ

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında hesabat iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Olimpiya küçəsi 4” ünvanı üzrə Ərazi Partiya Təşkilatında hesabat iclası keçirilib.

İclasda Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev,  Ərazi PartiyaTəşkilatının sədri və üzvləri, həmçinin partiya fəalları iştirak ediblər.

İclasdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin ruhu qarşısında baş əyilib.

İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi Partiya Təşkilatının sədri Əli Məmmədov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər, həyata keçirilən tədbirlər, partiya sıralarının genişləndirilməsi istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, təşkilat tərəfindən dövlət siyasətinin təbliği, gənclərin və partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, sosial aksiyaların təşkili və vətəndaşlarla iş istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilib.

Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan bəhs edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticələrindən danışıb və partiya üzvlərini qarşıda duran vəzifələrin icrasında daha fəal olmağa çağırıblar.

Nazirliyin Gənclərlə iş şöbəsinin müavini – YAP Gənclər Birliyi İdarə heyətinin üzvü Ülviyyə Axundova, ƏPT üzvləri Aydın Məmmədov, Coşğun Hidayətov, Cəbrayıl Bayramov çıxışlarında görülən işləri yüksək qiymətləndirərək təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvləri arasında intizamın və təşəbbüskarlığın artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda hesabat qəbul edilib, təşkilati məsələlərə baxılıb və xatirə şəkli çəkilib.

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr