Pakistanın cavab atəşi nəticəsində ən azı 274 Əfqanıstan əsgəri ölüb, 400-dən çox əsgər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan ordusunun sözçüsü general Əhməd Çaudri mətbuat konfransında bildirib.
O, Pakistan ordusunun həmçinin Əfqanıstanın 73 nəzarət məntəqəsini məhv etdiyini və daha 18-ni nəzarətə götürdüyünü deyib. Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 115-dən çox hərbi texnika məhv edilib.
Ağarza Elçinoğlu