BAKI, TurkicWorld
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək.
TurkicWorld xəbər verir ki, bu, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında öz əksini tapıb.
Belə ki, Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.