AZ

Ağcabədi meşəsində "yaşıl soyqırım": Meşə fondunda qanunsuz fermalar və rüşvət ittihamları – VİDEOFAKT

Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzində Oqtay və  Qismət tərəfindən Ağcabədi meşəsində rüşvət, kütləvi ağac soyqrımı ilə bağlı Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılova müraciət edilib.

Bildirək ki, Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun tələblərinə görə, meşə fonduna daxil olan ərazilərdə hər hansı təyinat dəyişməsi, kəsim və tikinti işləri yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə, müvafiq mühafizə tədbirləri əsasında həyata keçirilə bilər.

Amma, buna baxmayaraq Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən meşə zolağı ərazilərində yaş ağaclar kəsilir, pul müqabilində heyvan təsərrüfatları üçün ferma yaradılıb.Yayılan videogörüntülərdə bu aydın görünür ki, çoxsaylı çoxillik ağaclar qanunsuz şəkildə kəsilərək məhv edilir. Şikayətçi video yayaraq ETSN-nə və prezidentə müraciət edir.

Bildirir ki, Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzini vəzifəliləri tərəfindən rüşvət hesabına meşədə heyvan təsərrüfatı yaradılıb. Bu azmış kimi müxtəlif məqsədlər üçün meşədə çoxillik ağaclar kütləvi şəkildə kəsilib məhv edildiyi iddia olunur. Şikyətçi daha sonra iddia edib ki, Oqtay ondan 8 min manat rüşvət alıb və sonra onu tutdurulması ilə hədələyib.Bolge.tv

Seçilən
28
1
paytaxt.org

2Mənbələr