AZ

Efiopiyanın baş nazirindən Prezidentə: “Dostlarınız Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər”

“Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir. Bu, məni çox sevindirir”.

Bizim.Media xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşdə çıxışı zamanı qeyd edib.

“Həmçinin Sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır.
Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik”, - deyə Baş nazir Abiy Əhməd Əli bildirib.

Bizim.Media

Seçilən
19
4
bizim.media

8Mənbələr