AZ

"Popeyes" yaxın beş il ərzində Azərbaycanda 20 restoran açmağı planlaşdırır

Bakı. Trend:

Amerikanın məşhur restoranlar şəbəkəsi "Popeyes" yaxın beş ilərzində Azərbaycanda 20 restoran açmağı planlaşdırır.

Trend xəbərverir ki, bu barədə "Popeyes Azerbaijan"ın həmtəsisçisi MəhəmmədƏfəndiyev "Crescent Mall"da şəbəkənin ilk restoranının açılışızamanı bildirib.

Onun sözlərinə görə, bu planların həyata keçirilməsiçərçivəsində yeni restoranlarda təxminən 1000 işçinin işə cəlbolunması nəzərdə tutulur, həmçinin digər brendləri ölkəyə cəlbetməklə fəaliyyətin genişləndirilməsi planlaşdırılır.

"Hazırda bizim 60 işçimiz var və yaxın vaxtlarda onların sayı100-ə çatacaq. Biz, bu yola Azərbaycanın təchizat zəncirinizənginləşdirmək arzusu ilə başladıq, biznes mühitinin yüksəksəviyyəsini ölkəyə xarici brendləri cəlb etmək və eyni zamandaAzərbaycan brendlərini dünya bazarına çıxarmaq imkanı olaraqistifadə etməyə qərar verdik", - deyə o bildirib.

M.Əfəndiyev vurğulayıb ki, Bakıda "Popeyes" şəbəkəsinin ikincirestoranı mart ayında "Gənclik Mall"da açılacaq.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr