AZ

TƏCİLİ! Şamaxıda daha bir ZƏLZƏLƏ OLDU

Şamaxıda zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 15:52-də baş verən zəlzələnin maqnitudası 4.7 olub.

Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Sosial şəbəkə istifadəçiləri sözügedən zəlzələnin Bakı və Sumqayıt ərazisində də hiss edildiyini yazıblar.

Seçilən
2
2
konkret.az

10Mənbələr