AZ

“Zirə” “Araz Naxçıvan”I məğlub etdi - VİDEO

Misli Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ilk oyun gününün sonuncu görüşündə “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gəlib.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Daha öncə “Kəpəz” “Sumqayıt”ı 3:0 hesabıyla məğlub edib. “Şamaxı” – “Neftçi” və “Qəbələ” – “Karvan-Yevlax” oyunları sabah, “Turan Tovuz” – “İmişli” və “Qarabağ” – “Sabah” görüşləri martın 1-də keçiriləcək.

Misli Premyer Liqası

22-ci tur

27 fevral

“Araz-Naxçıvan” – “Zirə” 0:1

Qol: Ayron Qomis, 67.

Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.

“Liv Bona Dea Arena”, 18:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 19. Bar Kohen.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.

Baş məşqçi: Andrey Demçenko.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 20. İssa Cibrila, 11. Junior Martins, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
7
6
bizim.media

10Mənbələr