AZ

Pakistanlı nazir Əfqanıstan rəhbərliyini "qeyri-qanuni rejim" adlandırıb

Pakistanlı nazir Əfqanıstan rəhbərliyini "qeyri-qanuni rejim" adlandırıb

Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar Əfqanıstanın mövcud hakimiyyətini kəskin tənqid edərək onları "qeyri-qanuni rejim" adlandırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik tərəfindən yayılan rəsmi bəyanatda Tarar Əfqanıstan rəhbərliyini terrorizmə yardım etməkdə və ölkə əhalisinə qarşı təzyiqlər göstərməkdə ittiham edib.

Tararın sözlərinə görə, "Taliban" rejimi heç bir hüquqi əsas olmadan hakimiyyəti zorla ələ keçirib və öz xalqının dəstəyi olmadan fəaliyyət göstərir.

Nazir xüsusilə vurğulayıb ki, Əfqanıstanın mövcud rəhbərliyi Pakistana sızaraq dinc sakinləri və təhlükəsizlik qüvvələrini qətlə yetirən terrorçulara sığınacaq verir, onları təlimatlandırır və şərait yaradır. Bu bəyanat iki ölkə arasında onsuz da gərgin olan diplomatik münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.

Seçilən
12
afn.az

1Mənbələr