AZ

“Liv Bona Dea”da ilk sümük iliyi transplantasiyası həyata keçirildi Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Liv Bona Dea” Hospitalda sümük iliyi transplantasiyası ilk dəfə uğurla həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, icbari tibbi sığorta çərçivəsində tam ödənişsiz icra olunan bu mürəkkəb tibbi proses bir xəstə üçün yenidən həyata bağlanmaq, ailəsi üçün isə ümid demək olub.

Uzunmüddətli hazırlıq və diqqətli tibbi yanaşma tələb edən hematoloqlar, tibb personalı və dəstək komandası arasında qurulan güclü əməkdaşlıq, beynəlxalq standartlara uyğun sertifikasiyaya malik müasir avadanlıq və infrastruktur sayəsində mümkün olub. Prosesin hər mərhələsində qərarlar tibbi protokollara və elmi əsaslara uyğun şəkildə verilib.

Bu uğur özəl tibb müəssisəsində yüksəkixtisaslı transplantasiya xidmətinin mümkünlüyünü göstərir, xəstələr üçün ölkə daxilində əlçatan müalicə imkanlarını genişləndirir və icbari tibbi sığortanın ağır, yüksəkmaliyyəli prosedurları da əhatə etdiyini bir daha təsdiqləyir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
qafqazinfo.az

4Mənbələr