AZ

Parlamentin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

Futbol üzrə Misli Premyer Liqasında XXII tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış matçı "Kəpəz" və "Sumqayıt" komandaları arasında olub. Yevlax şəhər stadionunda keçirilən görüş Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Kimyaçılar” hazırda turnir cədvəlində 31 xalla 6-cı, Gəncə təmsilçisi isə 16 xalla 10-cu pillədədir.

Günün ikinci oyununda "Araz-Naxçıvan" “Liv Bona Dea Arena”da "Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. “Qartallar” 35 xalla 4-cü, Muxtar Respublika klubu isə 33 xalla 5-ci yerdədir.

Qeyd edək ki, turun növbəti oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr