AZ

Sirlər açılır: Yanukoviçin müşavirini Putin öldürüb?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin müşaviri olmuş Andrey Portnovun qətli ilə bağlı saxlanılan şəxs Rusiya vətəndaşıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qətldə şübhəli bilinərək saxlanılan şəxs 1981-ci il təvəllüdlü Aleksandr Azizovdur. Onun Donetsk vilayətinin Şaxtarsk şəhərindən olduğu qeyd edilir.

Bildirilir ki, o, Rusiya vahid vergi ödəyiciləri reyestrində də qeydiyyatda olub.

Nəşr şübhəlinin qardaşı Vəli Azizov ilə əlaqə saxlamağa çalışsa da, onun “Teleqram” messencerindəki hesabını sildiyi məlum olub.

Xatırladaq ki, Andrey Portnov 21 may 2025-ci ildə Madrid şəhərində güllələnərək qətlə yetirilib. Hadisədən qısa müddət sonra İspaniya məhkəməsi istintaq materiallarını məxfi elan edib.

2026-cı il fevralın 25-də isə İspaniya Milli Polisi qətlin ehtimal olunan icraçısının Almaniya ərazisində saxlanıldığını açıqlayıb. Araşdırma davam edir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr