AZ

Etiketdə bu sözlər yazılmış süd məhsulları KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Bazarda “qaymaqlı şor” adı altında saxta və ya keyfiyyətsiz qida məhsullarının satılması ilə bağlı xəbərlər yayılıb. Bu hallar istehlakçıların qida təhlükəsizliyi və düzgün məhsul seçimi məsələlərini gündəmə gətirir. Ekspertlər bildirirlər ki, saxta məhsulların aşkarlanması və təhlükəsiz qida istehlakı üçün istehlakçılar diqqətli olmalı, etiket və sertifikatlara baxmalı və etibarlı mənbələrdən alış-veriş etməlidirlər. Eyni zamanda, bu cür halların qarşısını almaq üçün bazarda nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir.

KONRKET.az xəbər verir ki, məsələni şərh edən qida eksperti İlkin Şirinov Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, “qaymaqlı şor”, “kənd ətirli şor” və ya hər hansı bir rayon və kənd adı ilə adlandırılan şorların istehsalında əsas məsələ məhsulun tərkibinin düzgün göstərilməsidir. Burada süd və qatığın miqdarı, onların keyfiyyəti və məhsulun adında qeyd olunan göstəricilər tam uyğun olmalıdır.

“Məhsulların markalanması zamanı əgər tərkibində süd yağı yoxdursa, məhsulu “qaymaqlı” adlandırmaq düzgün deyil. Bəzi hallarda süd yağı əvəzinə ucuz bitki yağları, məsələn, palma yağları istifadə edilə bilər ki, bu da məhsulun keyfiyyətini təmin etmir. Əsl qaymaqlı şorda südün ətri hiss olunmalıdır və məhsulun yağlılığı dad və qoxu ilə müşahidə olunmalıdır. Qiymət bəzən meyar kimi göstərilsə də, əslində ağızda məhsulu yedikdə südün tamını və yağlılığını hiss etmək lazımdır. Saxta məhsullarda bu mümkün deyil və belə məhsullar vitrinlərdə uzun müddət xarab olmadan qala bilir. Halbuki, süd məhsulları təbii olaraq tez xarab olur. Bu, istehlakçı üçün şübhə doğuran əsas amillərdəndir”.

Ekspert qeyd edib ki, bundan əlavə, məhsulların üzərindəki markalanma və tərkib məlumatları düzgün deyilsə, bu istehlakçının aldanması hesab olunur və qida təhlükəsizliyi üçün risk yaradır:

“İkiqat paketlənmiş, düzgün saxlanmayan və açıq şəraitdə satılan məhsullar infeksiyalar və qida zəhərlənmələrinə səbəb ola bilər. Bu səbəbdən məhsulların laborator analizləri vacibdir. Analizlər məhsulun tərkibi ilə markalanma arasındakı fərqi, südün yağ faizini, bitki yağlarının olub-olmadığını və mikrobioloji göstəriciləri müəyyən edir. Yalnız bu nəticələr əsasında məhsul haqqında düzgün və tam fikir söyləmək mümkündür. Ucuz qiymətlər, endirimlər və cəlbedici qablaşdırmalar müştəriləri cəlb edə bilər, amma məhsulun keyfiyyəti ilə bağlı aldanmaya səbəb olmamalıdır. Xüsusilə “kənd qaymaqlı şor” kimi adlar altında istehlakçının aldanması yolverilməzdir”.

Onun sözlərinə görə, ən doğru yanaşma odur ki, hər hansı bir məhsul haqqında fikir söyləmədən əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laborator analizləri aparılsın.

“Məhsulun tərkibi, yağlılıq və qatıq miqdarı tam müəyyən edildikdən sonra yalnız düzgün qiymətləndirmə mümkündür”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
konkret.az

2Mənbələr