AZ

“Bir şəxsin bir neçə kartının olması ona problem yaratmamalıdır və məhdudiyyət tətbiqi hüquqa zərbə olar”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda bank kartlarının sayı sürətlə artıb. Dekabr ayının sonunda Azərbaycanda ödəniş kartlarının sayı 21,98 milyon ədəd olub və bir nəfərin üzərində bir neçə kartın olması halları geniş yayılıb.Vətəndaşın çox sayda karta sahib olmasına məhdudiyyət tətbiq edilə bilərmi?Banklara belə bir səlahiyyət vermək doğru olarmı?

Vəkil Mehman Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bankda vətəndaş öz hesabına malik ola bilər: “Bank kartlarının sayının artması və bir şəxsin bir neçə karta sahib olması problemli bir məsələ deyil. Hər hansı məhdudiyyət tətbiq etmək vətəndaşın hüquqlarını məhdudlaşdırmaq demək olar. Azərbaycanda əvvəllər 43 bank fəaliyyət göstərirdi, indi isə onların bir qismi bağlanıb və sayları azalıb; məsələn, deyək ki, 30 banka qədər düşüb”.

Mehman Muradlı

“Hər bankda vətəndaş öz hesabına malik ola bilər və banklar öz məhsulları çərçivəsində müştərilərinə plastik kartlar təqdim edir. Bu sahədə hər hansı məhdudiyyət qoymaq düzgün deyil, çünki kartlar müxtəlif funksiyalara malikdir: bəzi kartlarda təhlükəsizlik üçün 2D təhlükəsizlik sistemi var, bəzilərində 3D təhlükəsizlik, bəzi kartlar isə valyuta əməliyyatları üçün nəzərdə tutulub. Bir şəxsin bir neçə kartının olması ona heç bir problem yaratmamalıdır və əslində yaratmır”-deyə Mehman Muradlı qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
bizimyol.info

1Mənbələr