AZ

Trampdan İranla bağlı bəyanat

ABŞ prezidenti Donald Tramp İrandan narazı olduğunu bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, bunula belə Tehranın nüvə proqramı ilə bağlı yeni danışıqların keçirilməsi gözlənilir.

Tramp İranla razılığa gəlmək istədiyini bildirib, lakin Tehranın nüvə silahına sahib ola bilməyəcəyini təkrarlayıb.

O, İranın "Nüvə silahına yox" sehrli sözünü demədiyini söyləyib. İrana qarşı hərbi güc tətbiqi ilə bağlı "Mən bunu istəmirəm, amma bəzən bunu etmək lazımdır" açıqlamasını verib.

Tramp əlavə edib ki, "İranda rejim dəyişikliyi ola bilər və ya olmaya da bilər".

Seçilən
2
50
unikal.az

10Mənbələr