AZ

Qaydaları hələ də bilməyən “Prius” sürücüsü əks istiqamətə çıxdı; DYP cərimələdi VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 25‑də saat 18:19‑da qeydə alınıb. Videodan göründüyü kimi, “Toyota Prius” markalı 77-HE-158 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq hərəkət edib. Bu zaman o, qarşıdan gələn avtomobilə təhlükə yaradıb.

Qeyd edək ki, sözügüdən ərazidə yol birtərəflidir. Qayda pozan sürücü yol nişanlarına diqqət yetirmədən əks istiqamətli hərəkət zolağına daxil olub. 

Sürücünün törətdiyi xəta ilə bağlı Nizami rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat cərimə tətbiq edilib..

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
avtosfer.az

1Mənbələr