AZ

Rusiya Suma zərbə endirdi: ölənlər var

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Ukraynanın Sum vilayətinin Şostka rayonunda yerləşən aqrar müəssisəyə zərbə endirib, nəticədə iki işçi ölüb.

Axar.az xəbər verir ki, bu barədə Sum hərbi administrasiyasının rəisi Oleq Qriqorov Teleqram kanalında yazıb.

"Aqrar müəssisənin iki işçisi - 72 və 67 yaşlı qadınlar ölüblər. Onların meyitləri dağıntılar altından çıxarılıb", - Qriqorov yazıb.

Qeyd olunub ki, daha bir işçi - 60 yaşlı qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həkimlər zəruri yardımı göstərirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
5
axar.az

6Mənbələr